Ramil Quliyev ata oldu - Foto

ramil-quliyev-ata-oldu
Oxunma sayı: 3537

Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev ata olub.

"Qafqazinfo" xəbər verir ki, Avropa çempionu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.

"Bu dünyaya xoş gəldin", - deyə R.Quliyev qeyd edib.

Qeyd edək ki, Ramil Quliyevin xanımı Yekaterina Zavyalova da atletdir. Rusiyalı idmançı 2012-ci ildə keçirilən London Olimpiadasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb. Cütlüyün toyu ötən ilin avqustunda baş tutub.