Ramil Quliyev qızıl medal qazandı

ramil-quliyev-qizil-medal-qazandi
Oxunma sayı: 1270

Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə üçün növbəti qalibiyyəti qazanıb. 

“Qafqazinfo”nun məlumatına görə, 27 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,15 saniyə nəticə göstərib. Bununla da o, “Brilliant Liqa”da qızıl medalın sahibi olub.

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.