Ramil Quliyev Türkiyə çempionu oldu

ramil-quliyev-turkiye-cempionu-oldu
Oxunma sayı: 2732

Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, “Fənərbağça” klubuna məxsus idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub.

Qeyd edək ki, R.Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.