Türkiyənin “Trabzonspor” klubu “Jilina”ya icarəyə verdiyi millimizin üzvü Ramil Şeydayevin xidmətində maraqlı deyil. “Qafqazinfo” xəbər verir ki, bunu Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal açıqlayıb.
O bildirib ki, gənc hücumçunu komandadan birdəfəlik göndərmək lazımdı. Belə ki, baş məşqçi klubun prezidenti Muhamrrem Usta ilə görüşündə Ramil də daxil olmaqla 7 oyunçunu komandada görmək istəmədiyini deyib.
Mütəxəssis bildirib ki, icarədə olan bütün futbolçular satılmalıdı. Çünki onların heç birinin “Trabzonspor”un əsas heyətində oynamaq şansı yoxdu.
Qeyd edək ki, Ramil Şeydayevin “Jilina” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər