Ramil Şeydayev “Dinamo”dan şikayət edəcək?

ramil-seydayev-dinamodan-sikayet-edecek
Oxunma sayı: 1835

Moskva “Dinamo”sunun Ramil Şeydayevlə yolları ayırması millimizin üzvünü narazı salıb.

“Qafqazinfo” xəbər verir ki, rusiya mətbuatının iddiasına görə, forvard 1 il 6 aylıq müqavilənin sonuna qədər paytaxt klubunda qalacağını gözləyirmiş. 

Bu səbəbdən Şeydayevin Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər üzrə Palatasına müraciət edəcəyi gözlənilir. 

“Dinamo” rəsmən R.Şeydayevlə müqavilənin ləğv olunduğunu açıqlayıb.