Ramil Şeydayev dubl etdi, “Qarabağ” qalib gəldi

ramil-seydayev-dubl-etdi-qarabag-qalib-geldi
Oxunma sayı: 1431

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyində 21-ci turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub. “Qarabağ” evdə “Keşlə” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 4:2 hesabıyla qalib gəlib. Ağdam təmsilçisinin qollarından ikisini Ramil Şeydayev, birini isə Ağabala Razamanov vurub.

"Zirə" isə səfərdə "Kəpəz"ə 1:0 hesabıyla qalib gəlib.

Əvəzedicilərin çempionatı, 21-ci tur

"Qarabağ" 4 - 2 "Keşlə"

Qollar: Ramil Şeydayev, 31, 83; Elçin Rəhimli, 81, Ağabala Ramazanov, 87 // Təbriz Xudanov, 62; Alik Hüseynov, 90

"Kəpəz" 0 - 1 "Zirə"

Qol: Ülvi İbrahimov, 53