Ramil Şeydayev “Kocaelispor”da qalacaq

ramil-seydayev-kocaelisporda-qalacaq
Oxunma sayı: 1501

Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da qalacaq.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qərarı komandanın baş məşqçisi Ertuğrul Sağlam verib.

Belə ki, Ertuğrul Sağlam Şeydayevin heyətdə qalmasını istəyib. Həmçinin, baş məşqçi xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə “Kocaelispor”da çıxış etməsinin tərəfdarı olub.

Qeyd edək ki, Ramil bu ilin yanvarında “Kocaelispor”a keçib.