Ramil Şeydayev rəsmən “Samsunspor”da

ramil-seydayev-resmen-samsunsporda
Oxunma sayı: 1173

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubundan ayrılıb. 

Qafqazinfo” xəbər verir ki, Qara dəniz təmsilçisinin Antalyadakı düşərgəsini tərk edən futbolçu PTT I liqasında mübarizə aparan “Samsunspor” sıralarına qoşulub. Şeydayev mövsümün sonuna qədər icarə əsasında “Samsunspor”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, yayda Rusiyanın “Zenit” klubundan transfer olunan Şeydayev “Trabzonspor”un heyətində keçirdiyi 3 rəsmi oyunda 1 qol vurmuşdu.