Ramil Şeydayev Rusiyada “Top-5”də

ramil-seydayev-rusiyada-top-5de
Oxunma sayı: 1422

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, “Vkontakte” sosial şəbəkəsinin rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, “Zenit”in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) ən yaxşı oyunçu seçilib.

Səsvermədə 5 futbolçunun adı yer alıb ki, onların sırasında milli komandamızın “Krılya Sovetov”da oynayan hücumçusu Ramil Şeydayev də var. Ötən ay “Lokomotiv”, “Yenisey” və “Anji” ilə matçlarda ümumən 3 qol vuran Şeydayev martın TOP-5-liyində 5-ci olub – 2.37 faiz (999 səs).
 
Ümumilikdə sorğunun yekun nəticəsi aşağıdakı kimi olub:

1. Sərdar Azmun (“Zenit”) - 49.46 faiz

2. Fyodor Çalov (ÇSKA) -  35.12 faiz

3. Anton Mirançuk (“Lokomotiv”) – 6.53 faiz

4. Mario Fernandes (ÇSKA) – 6.52 faiz

5. Ramil Şeydayev (“Krılya Sovetov”) – 2.37 faiz