Ramil Şeydayev Tayland klubuna keçir - 1 milyon dollar maaşa

ramil-seydayev-tayland-klubuna-kecir
Oxunma sayı: 4787

“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yeni klub tapıb.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, o, Taylandın “Buriram Yunayted” klubuna keçir. 

Artıq tərəflər arasında razılaşma olub və Şeydayev 2 illik müqaviləyə qol çəkəcək. Forvard Taylandda hər ilinə 1 milyon dollar maaş alacaq.