Ramil Şeydayevin baş məşqçisi istefa verdi

ramil-seydayevin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 2097

Azərbaycan millisinin üzvü Ramil Şeydayev formasını geyindiyi “Kocaelispor” dünən evdə “Şanlıurfaspor”a 0:1 hesabı ilə məğlub olub. 

“Qafqazinfo” xəbər verir ki, bu nəticədən sonra Türkiyə klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa vermək qərarına gəlib.

54 yaşlı çalışdırıcının gedişindən sonra onun yerinə Rəcəb Uçarın gətiriləcəyi deyilir.