Ramil Şeydayevin komandasında yeni hücumçu

ramil-seydayevin-komandasinda-yeni-hucumcu
Oxunma sayı: 3184

Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə I Liqa təmsilçisi Gürcüstanın “Dinamo” klubundan Davit Sxirtladzeni icarəyə götürüb.

30 yaşlı gürcü hücumçu mövsümün ikinci yarısını "Kocaelispor"da keçirəcək.