Ramil Şeydayevin yeni klubu açıqlandı

Ramil Şeydayevin yeni klubu açıqlandı
Oxunma sayı: 1781

“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi