Ramil Usubov Əfqanıstan naziri ilə görüşüb

ramil-usubov-efqanistan-naziri-ile-gorusub
Oxunma sayı: 835


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir cənab Zarar Ahmad Osmani ilə yenidən görüşməsindən məmnunluq duyduğunu, ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkə Prezidentlərinin siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb.

Daha sonra cənab Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat verib. Nazir demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirilmiş, sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülüb, ölkəmizə xarici sərmayənin axını üçün münbit şərait yaradılıb.

Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik Ramil Usubov iki ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılması məqsədi ilə "Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən cənab Zarar Ahmad Osmani qarşılıqlı səfər və görüşlərin hər iki qardaş və dost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulamış, qeyd olunan saziş layihəsinin tezliklə imzalanacağına əminliyini bildirib.