DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24.607 cinayət qeydə alınıb.
Onların 91 faizini və ya 22.297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.
“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayət açılıb, 12.771 yol-nəqliyyat hadisəsi və piyadaların vurulması faktı aşkarlanıb, axtarışda olan 139 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 600 minə yaxın sorğu cavablandırılıb. Respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085 vahidə çatdırılıb .
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər