Ramil Usubov polis veteranlarını nümunə göstərdi

ramil-usubov-polis-veteranlarini-numune-gosterdi
Oxunma sayı: 1352


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, nazir cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlara hər cür diqqət və qayğı göstərildiyini vurğulayib.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə veteranları  təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. O, müharibə veteranlarının  həyat yolunun və  təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının unudulmayacağını qeyd edib.