Ramil Usubov rəisi vəzifəsindən azad etdi

ramil-usubov-reisi-vezifesinden-azad-etdi
Oxunma sayı: 16801


“Qafqazinfo”nun azvision.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib. 

Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.