Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova hərbi qulluqçuların tədbirə hazır olması barədə raport verib.
Mərasim iştirakçıları hərbi hissənin xidməti və döyüş fəaliyyətini əks etdirən fotostendə baxıblar, daha sonra yeni istifadəyə verilmiş əsgər kazarması, tibb məntəqəsi, camaşırxana və digər məişət obyektləri ilə tanış olublar.
Tədbirin sonunda əlamətdar hadisələr münasibətilə əsgərlərin, onların valideynlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin qarşısında Daxili Qoşunların nümunəvi hərbi orkestrinin geniş konsert proqramı keçirilib.
Son xəbərlər
Son Xəbərlər