Ramil Usubov yaralı polislərə baş çəkdi

ramil-usubov-yarali-polislere-bas-cekdi
Oxunma sayı: 2677


Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını risqə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq sıralarımıza qayıtmasını arzulayıb. Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan prezidenti İlham Əiyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.