Ramin Əliyev haqda həbs qərarı verildi

ramin-eliyev-haqda-hebs-qerari-verildi
Oxunma sayı: 18485

Dələduzluq etməkdə ittiham olunan “Son Ümid” Xalq Hərəkatı təşkilatının sədri Ramin Eldar oğlu Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tovuz Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən R.Əliyev barəsində 2 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təşkilat sədri iki gün əvvəl saxlanılıb. O, qohumuna qarşı dələduzluq etməkdə ittiham olunur. İttihamda qeyd olunur ki, R.Əliyev xalası oğluna yalan vəd verməklə onun 11 min manatını ələ keçirib.