“Qafqazinfo” ya daxil olan məlumata görə, partiya sədrinin imzaladığı sərəncama əsasən Hacılı Ramin Beynəlxalq Münasibətlər və Strateji Məsələlər üzrə sədrin müavini təyin edilib.
Hacılı Ramin Rasim oğlu 1983-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində dünyaya gəlib. Bakı şəhəri, Nizami rayonu 220 saylı orta məktəbi bitirib. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə təhsil alıb.
2002-2004-cü illərdə Rəsulzadə-Elçibəy Ocağında sədr müavini, “Dalğa Gənclər Hərəkatı”nın (Dalğa GH) təsisçilərindən biri və ilk sədri (2005-2006). 2006-cı ilin sentyabrından 2013-cü ilin sentyabrına kimi Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.
Müxtəlif dövrlərdə mətbuatda ictimai-siyasi yazılarla çıxış edib, bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olub.
2006-cı ildən etibarən sülh quruculuğu istiqamətində həyata keçirilən layihələrdə aktiv iştrakçı olub. 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda təşkil olunan müzakirələrə qatılıb.
Siyasi sistemlər və idealogiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir.
2011-ci ildən “Üçüncü GƏLƏCƏK” jurnalının (3GJ.az) təsisçisi və baş redaktorudur.
2012-ci ilin 17 fevral tarixindən etibarən Azərbaycan Avropa Hərəkatının prezidentidir.
Son xəbərlər
Son Xəbərlər