Ramil Quliyev finala çıxa bilmədi - Yenilənib

ramil-quliyev-finala-cixa-bilmedi
Oxunma sayı: 11659

“Tokio-2020”də Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Olimpiadada mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tokio Olimpiya Stadionunda 200 metr məsafəyə qaçışda yarışan R.Quliyev 20.54 saniyə ilə ikinci olub və adını yarımfinala yazdırıb.

Yarımfinal yarışı Bakı vaxtı ilə 15:50-də start götürəcək.

***

 Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala yüksələ bilməyib.

O, yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb.

Qeyd edək ki, finala 3 qrupda ilk iki yeri tutanlar və ən sürətli iki atlet yüksəlib.