Ramin Quluzadə seminarda çıxış etdi

Ramin Quluzadə seminarda çıxış etdi
Oxunma sayı: 742

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ABŞ-ın ölkəmizdəki səfirliyi və "Microsoft" şirkətinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

Nazirikdən "Qafqazinfo"ya verilən məlumata görə, seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub. Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır”,- deyə nazir bildirib.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi