Ramin Quluzadə ukraynalı nazirlə görüşdü

ramin-quluzade-ukraynali-nazirle-gorusdu
Oxunma sayı: 781

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.