Ramiz Abutalıbovun nəşi Bakıya gətirildi

ramiz-abutalibovun-nesi-bakiya-getirildi
Oxunma sayı: 3989

Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.

O bildirib ki, görkəmli diplomatla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində baş tutacaq. R.Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.