Ramiz Əzizbəylinin vəziyyəti pisləşdi- - "Ağrıdan doğranıram"

ramiz-ezizbeylinin-veziyyeti-pislesdi-
Oxunma sayı: 2974


“Qafqazinfo” xəbər verir ki, bu barədə AzNews.az-a danışan tanınmış aktyor, kəskin ağrılardan əziyyət çəkdiyini, vəziyyətinin qəfil dəyişdiyini bildirib: “Məni bağışlayın, danışmağa halım və taqətim yoxdur. Pisəm, ağrıdan doğranıram. Mədəm mənə rahatlıq vermir. Hər yerim ağrıyır. Sağ yerim yox. Vəziyyətim qəfil dəyişdi”. 

R.Əzizbəyli həmçinin əlavə edib ki, bütün ağrı-acılara baxmayaraq, daha həkimə getmək fikrində deyil: “Nə olsa belə, həkimə müraciət etməyəcəm”. 

Xatırladaq ki, aktyor Ramiz Əzizbəyli bir neçə ay bundan əvvəl avtomobil qəzası keçirib. O, bir müddət əvvəl xəstəxanada müalicə olunub.