Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səs verib.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, akademik Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Jurnalistlərin suallarını cavablandıran R. Mehdiyev seçicilərin fəallığını yüksək dəyərləndirib.
Prezident Administrasiyasının rəhbəri saat 17-dək ölkə üzrə artıq 70 faiz seçicinin səs verdiyini, heç bir insidentin baş vermədiyini bildirib.
Akademik seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini vurğulayaraq deyib: “İnanıram ki, bu seçkilər doğrudan da tarixdə mühüm bir hadisə kimi qalacaq. Çünki Azərbaycan 15 ildə çox irəli gedib, böyük nailiyyətlər əldə edib, dünyada tanınır, öz yerini tutub, iqtisadiyyat sahəsində, sosial məsələlərin həllində çox işlər görülüb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir”.
.jpg)
Son xəbərlər
Son Xəbərlər