Ramiz Mehdiyev Facebook səhifəsini bağladı

ramiz-mehdiyev-facebook-sehifesini-bagladi
Oxunma sayı: 1977


Bununla yanaşı, Prezident Administrasiyası rəhbərinin adına Facebook-da olan 3 saxta profil hələ də bağlanmayıb. 4500 nəfərin bəyəndiyi saxta səhifələrdən birində Ramiz Mehdiyevin adından statuslar yazılır. Məhz bu saxta səhifə hər şeyilə rəsmi səhifəyə oxşar olduğundan həm də çaşdırıcıdır.

Bəzi KİV-lər belə, bu saxta səhifədəki statuslardan istifadə edir.

Qeyd edək ki, akademik Ramiz Mehdiyevin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi fevralın 4-də fəaliyyətə başlamışdı. Onun bir sıra məsələlərlə bağlı yazdığı statuslar böyük maraqla qarşılanmışdı. Rəsmi səhifəni 15 minə yaxın Facebook istifadəçisi bəyənmişdi.