Ramiz Mehdiyev onlara xalça hədiyyə etdi

Ramiz Mehdiyev onlara xalça hədiyyə etdi
Oxunma sayı: 3552

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb.

"Qafqazinfo"ya daxil olamn məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb.

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılıb.  

Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi