Ramiz Mehdiyev susmağı üstün tutdu

ramiz-mehdiyev-susmagi-ustun-tutdu
Oxunma sayı: 3549

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev son günlər haqqında yazılanlara reaksiya verib. R. Mehdiyev onu istefaya çağıran çoxsaylı yazılar, şəxslərlə bağlı suala qısa cavab verib. 

"Qafqazinfo" xəbər verir ki, bunlarla bağlı "Unikal.org"a açıqlama verən akademik bildirib ki, bu məsələlərə qarışmaq və fikir bildirmək istəmir: "Təşəkkür edirəm ki, siz bu məsələ haqqında fikirləşirsiniz. Ancaq əsas mövqeyim ondan ibarətdir ki, akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub elmə təkan verək, dövlətimizə kömək edək".

Xatırladaq ki, AMEA-nın institutlarının bir neçə direktoru onun vəzifəsindən getməli olduğunu bildirib. R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla olan məhkəmə çəkişməsinə isə münasibət bildirmək istəməyib.