Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu təsdiqləyib.
AMEA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, bu məqsədlə qurum rəhbəri aparatın yeni təsdiq edilmiş struktur rəhbərlərini qəbul edib.
O, çıxışında qeyd edib ki, Akademiya alimləri səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə öz əməli töhfələrini verməlidirlər. Bundan sonra da bir sıra struktur islahatlarının davam etdiriləcəyini diqqətə çatdıran Ramiz Mehdiyev yeni mərhələdə aparat əməkdaşlarına müvafiq tapşırıqlarını verib.
Son xəbərlər
Son Xəbərlər