Ramiz Mehdiyevin kitabı pulsuz yayılacaq- - Foto

ramiz-mehdiyevin-kitabi-pulsuz-yayilacaq-
Oxunma sayı: 1140


“Qafqazinfo” xəbər verir ki, kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyə dəstəyi ilə çap olunub.

Bu barədə məlumat verən fondun prezident Nüsrət Məmmədov deyib ki, “Ulu Tolar” (Ulu dağlar) nəşriyyatında 500 nüxsə tirajla nəşr edilən kitab qırğız dilinə Mukan Asanaliyev tərəfindən tərcümə edilib. Kitabın pulsuz yayılması nəzərdə tutulub.

Qeyd edək ki bu kitab Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyə dəstəyi ilə tərcümə edilərək nəşr olunan 8-ci kitabıdır.

Xatırladaq ki, akademik Ramiz Mehdiyevin əvvəllər də Qırğızstanda fond tərəfindən nəşr edilən kitabları pulsuz yayılıb.