Ramiz Mehdiyevin yeni kitabı

ramiz-mehdiyevin-yeni-kitabi
Oxunma sayı: 1670


“Qafqazinfo” xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi Akif Əlizadə çıxış edərək bu kitabın Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, kitabda Nadir şah Əfşarın mənşəcə türk olduğu diqqətə çatdırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabında Nadir şah Əfşar tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunub:

"Nadir şah Əfşar bu kitabda ilk dəfə Şərqin Napalyonu adlandırılan Makedoniyalı İskəndərlə müqayisə edilir. Bu kitab Azərbaycanın milli dövlətçilik ənənələri əsas götürülməklə ərsəyə gəlib. Nəriman Nərimanov yazdığı əsərində Nadir şahın işıqlı ideasını ortaya qoymuşdu. Erməni müəlliflərin saxtalaşdırmağa çalışdığı bu şəxsiyyətin fəaliyyətinin yenidən öyrənilməsi çox aktual görsənirdi. Ramiz Mehdiyevin ortaya qoyduğu bu əsər həmin zəruri ehtiyaclardan yaranıb. Kitabda ilk dəfə Nadir şahın elmi tərcümeyi halı qeyd edilir. Tarixi mənbələr əsasında şahın həyatı əhatəli şəkildə göstərilir. Nadir şah Əfşarın milli mənsubiyyəti də kitabda əsaslanmış şəkildə qeyd edilir", - deyə İ.Həbibbəyli söyləyib. 

Prezident Administrasiyasınınməsul əməkdaşı Eldar Əmirov isə bildirib ki, “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu kitab vasitəsilə şahın diplomatik yazışmaları ictimaiətə təqdim edilir. "Ramiz Mehdiyev mənbələrlə effektiv işləyəib və peşəkar səviyyədə bu kitabı ərsəyə gətirib. Kitab Azərbaycan tarixinin və mədəni irsinin üzə çıxmasında müstəsna rola sahibdir".

Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, tarixçilər, Prezident Administrasiyasının nümayəndələri və digər qonaqlar iştirak edib.