Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı - Siyahı + Yenilənib

ramiz-mehdiyevle-eli-hesenov-yap-rehberliyinden-uzaqlasdirildi
Oxunma sayı: 11068

PA-nın sabiq şöbə müdiri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov Yeni Azərbaycan Partiyasının İdarə Heyətindən kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün keçirilən qurultayda qərar verilib.

***

Həmçinin sabiq Baş nazirin müavini Əli Həsənov, deputat Siyavuş Novruzov,​ Hacıbala Abutalıbov, Abel Məhərrəmov, Kərim Kərimov, Arif Rəhimzadə, Nurlana Əliyeva, Vaqif Əliyev, Yusif Hümbətov, Nizami Xudiyev də İdarə Heyətindən uzaqlaşdırılıb.

Partiyanın yeni İdarə Heyəti formalaşıb. Deputatlardan Cavid Osmanov, Tahir Mirkişili, Azər Badamov, Elşad Mirbəşir, Kamal Cəfərov, Ramin Məmmədov, Şahin İsmayılov, Sadiq Qurbanov yeni İdarə Heyətində yer alıblar.

Əvvəlki 20 nəfərlik İdarə Heyətindən yeni tərkibdə Bahar Muradova, Əli Əhmədov, Mixail Zabelin, Vasif Talıbov yenidən yer alıb.

***

Eyni zamanda ləğv edilən Siyasi Şuranın üzvü olmuş AMEA prezidenti Ramiz Mehdiyev partiyanın yeni qərarına əsasən, Veteranlar Şurasının üzvü seçilib.

Günel Türksoy