Ramiz Məmmədova “Şöhrət” ordeni verildi

ramiz-memmedova-sohret-ordeni-verildi
Oxunma sayı: 2704

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Məmmədovu mükafatlandırıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı imzalanan sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olan R. Məmmədovun sabah 70 yaşı tamam olur.