Ramiz Novruzun dəfn yeri açıqlandı

ramiz-novruzun-defn-yeri-aciqlandi
Oxunma sayı: 6807

Ötən gün gecə saatlarında vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzun dəfn yeri müəyyənləşib.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Xalq artisti bu gün saat 15:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, hazırda mərhumun evində vida mərasimi keçirilir. Mərasimdə R.Novruzun ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Hüseyn Məmmədsalahov