Dünən İspaniya La Liqasınnda “Eybar” və “Real Madrid” arasında baş tutan matçda maraqlı hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 73-cü dəqiqədə “Real Madrid”in müdafiəçisi Serxio Ramos hakimə yaxınlaşıb və qarnının ağrıdığını bildirib.
Ramos hakimdən icazə aldıqdan sonra tualetə qaçıb və 5 dəqiqə sonra yenidən meydana qayıdıb.
Qeyd edək ki, görüş “Real Madrid”in 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər