Ramos zədəsini sağaltdı

ramos-zedesini-sagaltdi
Oxunma sayı: 729

Madrid “Real”ının kapitanı Serxio Ramos zədəsini sağaldıb.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniya ilə oyunda sağ ayağından xəsarət alan müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.

33 yaşlı oyunçunun La Liqanın 12-ci turunda “Sevilya ilə matçda meydanda olacağı gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Sevilya” - “Real” görüşü Bakı vaxtı ilə 19:15-də başlayacaq.