İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Real”ın futbolçusu Serxio Ramosu cəzalandırıb.
“Qafqazinfo” xəbər verir ki, La Liqanın 33-cü turunda "Barselona" ilə qarşılaşmada Lionel Messiyə qarşı qayda pozuntusuna görə qırmızı vərəqə alan müdafiəçinin cəzası açıqlanıb.
Ramosa 1 oyunluq cəza verilib. O, bu gün "Deportivo"ya qarşı keçiriləcək səfər matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Barselona" Ramosa daha ağır cəza verilməsi üçün quruma müraciət etmişdi.
Son xəbərlər
Son Xəbərlər