Ramzan Kadırov məsciddə ağladı - Video

ramzan-kadirov-mescidde-agladi
Oxunma sayı: 4574

Çeçenistanın başçısı Ramzan Kadırov Qroznıdakı "Çeçenistanın Qəlbi" adlı məsciddə xütbə zamanı göz yaşlarına hakim ola bilməyib.

"Qafqazinfo" xəbər verir ki, görüntülər Ramzan Kadırovun "Vkontakte" sosial şəbəkəsindəki hesabında paylaşılıb.

"Allahın elçisinə olan sevgisinə görə bir insanın gözündən göz yaşları onu ucaldır, günahlardan təmizləyir və yanğıya baxmayaraq, təsəlli verir",-deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Çeçenistan rəhbəri Ramzan Kadırov xalqdan ölümündən sonra onun şərəfinə kiçik bir məscid tikməsini xahiş etmişdi.