Çeçen lider bu siyahıya ABŞ prezidenti Barak Obamanı və Avropa Şurasının (AŞ) indiki rəhbərliyini daxil etdiyini deyib.
“Qafqazinfo” Virtualaz.org saytına istinadən xəbər verir ki, R.Kadırov bu qərarını bu gün - iyulun 26-da verdiyini bəyan edib.
“Mən bu gün sanksiyalar siyahısı hazırlamaq və ABŞ prezidenti Barak Obamanı, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunu, Avropa Şurasının prezidenti Herman Van Rompeyi, AŞ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonu, Avropa Parlamentinin sədri Martin Şultsu həmin siyahıya daxil etmək barədə qərar qəbul etdim. Mən bu şəxslərin hamısının bank hesablarını və istənilən digər aktivlərini dondurmaq barədə tapşırıq da vermişəm. Adı sadalanan bu siyasətçilərin Çeçenistan Respublikasının ərazisinə daxil olmaq iyulun 27-dən etibarən qadağandır” - deyə R.Kadırov öz İnstagram səhifəsindən bəyan edib.
Yada salaq ki, bundan əvvəl AŞ-nin Rusiya və Ukrayna üzrə geniş sanksiyalar siyahısı yayılmışdı. Ramzan Kadırov, habelə Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiyanın keçmiş daxili işlər naziri Rəşid Nurqəliyev, Dövlət Dumasının keçmiş spikeri Boris Qrızlov və Jirinovskinin partiyasının üzvü Mixail Deqtaryov həmin siyahıya daxil edilmişdi.
Son xəbərlər
Son Xəbərlər