Ötən gün axşam Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Padar kəndi ərazisində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Əlizadə idarə etdiyi “Range Rover” markalı 90 SV 091 dövlət qeydiyyat nömrəli avtomaşınla yolu keçən piyada Ağdaş rayon sakini 1991- ci il təvəllüdlü Həmidov Xəyal Elton oğlunu vurub.
Piyada xəstənaya aparılarkən yolda ölüb.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər