Raquf Orucovun xanımına vəzifə verildi

Raquf Orucovun xanımına vəzifə verildi
Oxunma sayı: 7703

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin konfransında quruma yeni üzvlər qəbul olunub.

“Qafqazinfo”nun məlumatına görə, 11 hüquqşünas Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv qəbul edilib ki, onların arasında Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə də var.

Qeyd edək ki, BDU-nun Hüquq fakültəsinin məzunu olan S.Alızadə həm də QHT sektorunda fəaliyyət göstərir.