Rasizadə Medvedyevlə onun Bakı səfərindən danışıb

rasizade-medvedyevle-onun-baki-seferinden-danisib
Oxunma sayı: 1906

Azərbaycan baş naziri Artur Rasizadə ilə rusiyalı həmkarı Dmitri Medvedyev arasında telefon danışığı olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Medvedyev Rasizadə ilə telefon danışığında Bakı səfərini müzakirə edib.

“Hökumət başçıları D.Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq görüşünü müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqlarda iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu da daxil olmaqla digər sahələrlə bağlı tərəfləri maraqlandıran məsələlərə baxılacaq”, - deyə Rusiya hökumətinin mətbuat xidmətindən bildirilib.