“Qafqazinfo”nun məlumatına görə, A.Rasizadə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Görüşdə Vyetnam Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib.
Vyetnam Prezidenti Ç.T.Şanq Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər