Rassel Kroudan Azərbaycana dəstək - Foto

rassel-kroudan-azerbaycana-destek
Oxunma sayı: 9161

Məşhur aktyor və rejissor, “Oskar” mükafatı laureatı Rassel Krou Qarabağ məsələsində Azərbaycana dəstək olub.

“Qafqazinfo” bildirir ki, instaqram hekayəsində Cem Yılmaz, Yılmaz Ərdoğan kimi məşhur türkiyəli həmkarları ilə bərabər fotosunu paylaşan Krou bu sözləri yazıb:

“Mən müharibənin əleyhinəyəm. Həm indi, həm də 30 il bundan əvvəl. Siyasətçilər başa düşməlidirlər ki, BMT-nin qətnamələri sadəcə kağız parçası deyil”.

Qeyd edək ki, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin dörd qətnaməsi (822, 853, 874 və 884) qəbul edilib. Onlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Rassel Krou “Qladiator”, “Ağıl oyunları”, “Nokdaun”, “Los-Anceles sirləri” və s. filmlərdə rol alıb.