RATİ-dən həbslərlə bağlı- - Bəyanat

rati-den-hebslerle-bagli-
Oxunma sayı: 897


“Qafqazinfo”ya daxil olan məlumata görə, bəyanatda deyilir:

“Avropa Şurası bu şiddətli repressiyaya göz yummamalı, Azərbaycanın bu quruma sədrliyi rejimin ölkədə vəziyyəti qaydaya salmasına, hüquq pozuntularının mübahisələndirilməsi və pozulmuş hüquqların bərpası üçün düzgün mexanizmləri təmin etməsinə qədər mübahisələndirilməlidir. 

Bu son repressiya dalğası demokratiya-yönümlü QHT-lərə qarşı Azərbaycanın Baş Prokurorluğu tərəfindən açılmış, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti və Sülh və Demokratiya İnstitutu daxil olmaqla aparıcı hüquq müdafiə təşkilatlarının de-yure bağlanması, ondan artıq QHT-nin bank hesablarının həbsinin ardından de-fakto bağlanması, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev kimi tanınmış hüquq müdafiəçilərinin həbsi, RATİ sədri Emin Hüseynovun ölkədən çıxmasına qadağa qoyulması və bir neçə digər QHT üzvünün istintaqa çağırılması ilə nəticələnmiş cinayət işinin ardınca gəlir.

 Bundan başqa, ifadə azadlığını müdafiə edən təşkilat – Media Hüquqları İnstitutu – daxil olmaqla bir neçə QHT hökumətin təzyiqindən qorxaraq bağlanıb.

Reydlər zamanı prokurorluq təşkilat əməkdaşlarını ofislərinə qapayıb və onlara telefonla zəng etməyi qadağan edib. Azərbaycanın vətəndaş cəmiyyəti qruplarının xaricdən maliyyələşməsi ilə bağlı başlanmış geniş miqyaslı istintaq çərçivəsində onlarla beynəlxalq və Azərbaycan QHT-ləri hədəfə alınıb.

RATİ, eyni zamanda, Azərbaycan hakimiyyətini bütün müsadirə olunmuş QHT əmlakını geri qaytarmağa və bu QHT-lər və onların liderləri barəsində başlanmış saxta istintaqa son qoymağa çağırır”.