RATİ-nin əmlakı müsadirə edildi- - Fotolar

rati-nin-emlaki-musadire-edildi-
Oxunma sayı: 1365


“Qafqazinfo” xəbər verir ki, Vəkili Fariz Namazlı bizimyol.info saytının əməkdaşına bildirib ki, Səbail rayon məhkəməsinin qərarı ilə prokurorluq əməkdaşları RATİ-nin ofisinin ikinci mərtəbəsində axtarış apararaq, ofisdə olan kompüterləri, sənədlər və digər elektron daşıyıcıları müsadirə edərək özləri ilə aparıblar. 

Axtarışda RATİ-nin əməkdaşı Günay İsmayılova və vəkil Fariz Namazlı iştirak edib. Vəkil Fariz Namazlı bildirib ki, ikinci mərtəbədən fərqli olaraq birinci mərtəbədə axtarış aparılması barədə məhkəmə qərarı yoxdur və bu səbəbdən təşkilatın birinci mərtəbəsindəki əməkdaşlar qapını açmaqdan imtina edirlər. Prokurorluq əməkdaşları qapını sındıacaqları barədə xəbərdarlıq ediblər. Saat 20.00-da əməkdaşlar qapını açıblar və hazırda prokurorluq əməkdaşları ofisdə axtarış və götürmə hərəkətləri aparırlar. Qeyd edək ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun həbs edilməsi ilə bağlı yayılan xəbər hələ ki, öz təsdiqini tapmayıb