RATİ-nin mühasibi prokurorluğa çağrıldı

rati-nin-muhasibi-prokurorluga-cagrildi-
Oxunma sayı: 773


"Qafqazinfo" xəbər verir ki, bu barədə Azadlıq Radiosuna İnstitutun hüquqşünası Günay İsmayılova məlumat verib. Hüquqşünas bildirib ki, mühasib avqustun 21-i saat 10-da istintaq idarəsində olmalıdır.

RATİ-nin hüquqşünası Günay İsmayılova da 6 gün əvvəl, avqustun 14-də Baş Prokurorluqda ifadə verib. Şahid qismində ifadə verəndən sonra hüquqşünasın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda yerləşən iki ofisində axtarış aparıb. Ofisdən kompüter və sənədlər götürülüb. Üç gün sonra isə ofisin qapıları möhürlənib. Hazırda İnstitut işini dayandırıb.

Həmin gündən RATİ-nin direktoru Emin Hüseynov və qardaşı, blogger Mehman Hüseynovla əlaqə kəsilib, bu günə qədər onların harada olduğu bəlli deyil.