Rauf Dadaşov “Space”dən getdi

rauf-dadasov-spaceden-getdi
Oxunma sayı: 3235

“Space TV”nin prezidenti Müşfiq Hətəmov tərəfindən telekanalın baş prodüseri vəzifəsinə gətirilən Rauf Dadaşov işdən ayrılıb.

Bu barədə məlumatı Dadaşovun özü “Qafqazinfo”ya təsdiqləyib.

“Bir müddət quruculuqda iştirak etdim, Müşfiq Hətəmova kömək etdim və missiyam başa çatdı”, - deyə o bildirib. 

Xatırladaq ki, M.Hətəmov “Space TV”yə prezident təyin olunandan ciddi islahatlar edəcəyini bildirmiş, telekanalın loqosunu yeniləmiş, efirə tanınmış simaları cəlb etmişdi. Bütün bunlara baxmayaraq, onun islahatlarının özünü doğrultmadığı iddia olunur. Bir müddət əvvəl isə telekanalın eks-əməkdaşı, radio aparıcısı və prodüser Anar Nəbi “Qafqazinfo”ya açıqlamasında sözügedən telekanaldan altı aylıq maaşını ala bilmədiyini demişdi.

Qeyd edək ki, R. Dadaşovun “Space TV”dən ayrılma haqda ilk xəbəri olay.az saytı yayıb.